Menu

İraqda Türkiyə diplomatını öldürən terrorçu tutulub

20.07.2019, 17:28
İraqda Türkiyə diplomatını öldürən terrorçu tutulub

İraqın Ərbil şəhərində Türkiyə diplomatını öldürən Mazlum Dağ tutulub.

“Hurriyet” xəbər verir ki, onunla birlikdə daha 4 terrorçu saxlanılıb.

Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol