Menu

Rusiyanın hərbi-kəşfiyyat sputniki ABŞ-da partladı

09.09.2014, 18:59
Rusiyanın hərbi-kəşfiyyat sputniki ABŞ-da partladı

Rusiyanın hərbi fotokəşfiyyat sputniki “Kosmos -2495” ABŞ səmasında partlayıb.

ABŞ mətbuatı yazır ki, hadisə ötən həftə baş versə də, bu barədə xəbər indi yayılıb.

Xəbərə görə, partlayış sentyabrın 2-i, yerli vaxtla 22:30-da baş verib. Partlayış nəticəsində yaranan alov kürəciyi mərkəzi Kolorado və cənubi Vayominqdə müşahidə olunub.

Bildirilir ki, sputnik əyləc sistemindəki nasazlıq ucbatından Rusiyanın hava məkanından çıxaraq, ABŞ-a keçib. Güman olunur ki, sputnik özü-özünü partladıb.

Aparat kosmosa may ayında buraxılıb. Onun çəkisi 7 tona yaxın olub.  /azadlıq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol