Menu

Yunanıstan “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etdi

10.09.2014, 08:37
Yunanıstan “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etdi

Daha əvvəl müzakirəsi təxirə salınan layihə 54 lehində, 42 əleyhində və 3 bitərəf səslə qəbul olunub

Yunanıstan parlamenti qondarma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

ANS-in xəbərinə görə, daha əvvəl müzakirəsi bir neçə dəfə təxirə salınan layihə 54 lehində, 42 əleyhində və 3 bitərəf səslə qəbul olunub.

Məlumata görə layihənin ilk şəklində yer verilən ümumi ifadələr yenidən gözdən keçirilib və qeyd edilib ki, burda söhbət ponti yunanları və ermənilərdən gedir.

Xatırladaq ki, daha əvvəl analoji addımı Fransa da atıb və bu ölkədə qondarma erməni “soyqırımının” inkarı cinayət hesab olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol