Menu

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - Yekun planlaşdırma keçirildi

23.07.2019, 13:33
Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - Yekun planlaşdırma keçirildi

Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol