Menu

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb

24.07.2019, 11:16
Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb

Bu ilin birinci yarısında Azərbaycanın Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmi 30 992 613,1 kVt-saat və ya 6% artaraq 547 621 120,1 kVt-saata çatıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan “Elektrik Sistemi Kommersiya Operatoru”nun (ESCO) dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, 2019-cu ilin ilk yarısında Azərbaycanın Gürcüstandan idxal etdiyi elektrik enerjisinin həcmi isə 8 384 685,4 kVt-saat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 471 163,2 kVt-saat və ya 39,4% azdır.

Ümumiyyətlə, hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 622 058 960,1 kVt-saat təşkil edib. Bundan 547 621 120,1 kVt-saatı Azərbaycanın, yerdə qalan 74 437 840 kVt-saatı isə Rusiyanın payına düşüb.

Hesabatda həmçinin qeyd olunub ki, Gürcüstan 2006-2019-cu illər ərzində Azərbaycandan ümumilikdə 3 434,7 mln. kVt-saat elektrik enerjisi idxal edib. Bu dövrdə Azərbaycanın Gürcüstandan idxal etdiyi elektrik enerjisinin həcmi isə ümumilikdə 277,3 mln. kVt-saat olub.

Xatırladaq ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan bu ölkəyə 26 711 400 ABŞ dolları həcmində elektrik enerjisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.

Şərhlər

dadaşyev 2019-07-24 11:16:24

Aaaa!Sərhəd münaqişəsindən sonra gürcülər bizdən qazı da,elektriki də çox almağa başladılar.Qış ayları olsa tələbatın artdığını anlamaq olar.A balam,yayın bu cırhacırında gürcülərdə qaza və elektrikə birdəncə belə tələbat nədən oldu yəni?Bəlkəəəəə ucuzlaşdırdıq?Köplərini yatırmaq üçün məsəla.Türklər demiş,yani.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol