Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.
“AzeriDefence”nin məlumatına görə, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb.
Gürcüstanın “Rustavi 2” telekanalının hazırladığı reportajda bildirilir ki, ərazidə önləm alan Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən monastır kompleksinə gələn keşişləri və ziyarətçiləri əraziyə buraxmayıblar. Ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Bu zaman əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşaiyət ediblər.
Bu zaman ərazidə silahlı halda DSX-nin Mi-17 helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastıra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr ediblər.
Təxribatçı kütləni idarə edənlərdən biri olan, ictimai fəal David Katsarava isə ötən gün özünün facebook səhifəsində insidentdən sonra Azərbaycan Sərhəd Qoşunlarının monastırın yaxınlığında səyyar baza yaratdığını, əraziyə çox sayda canlı qüvvə və texnika cəlb etdiyini yazıb: “Silsilə Azərbaycan sərhədçiləri ilə gücləndirilib. Bizim sərhədçilərimiz onlardan 10 qat azdır… Azərbaycan tərəfində Qareci dağının (oxu Keşikçi dağı-red) ətəyində tikilmiş hərbi baza gördük”.
Katsarava ərazidən dron vasitəsi ilə çəkilmiş fotoları da paylaşıb.
[gallery size="full" ids="536367,536368,536369"]


Şərhlər
Biz əvvəlcə özümüzə problem yaradırıq, sonra isə həmin problemi qətiyyətlə həll edirik. Olmazdı ki, lap əvvəldən heç kəsi Azərbaycan ərazisinə buraxmayaydılar? Nəinki sonra belə problemlər yaranaydı? Gürcülər soyuqdan donanada, yeməyə çörək tapmayanda bizim şanlı XİN və sərhəd məsələləri üzrə super-müavin Xələfov niyə məsələni həll etmək əvəzinə süründürə-süründürə 10 il uzadırdı?
olar dsagin eteyinde tikir....qoy bizimkilewr 5 mertebe divizyon dagin ustunde tikin...ve herbi sehercik salsinlar kesikcidagda,,,
Ey gurcusunuz ne zibilsiniz bilmirem.Size hele o da azdi.Yaxinlasanda gerek sizi gulleleherdiler. Ermeniler kimi albanlarin muqeddes yerine yiye cixiblar.Onlar bizden cox seyden asilidirlar. Onlara bizim hec bir komeyimiz zadimiz olmasa onlar ermenidende beter olarlar.
Tamamilə düzgün mövqe nümayiş etdirilib sərhədçilərimiz tərəfindən təxribatçılara,təxribatçılar çox həyasız məxluqlardır onların nazı ilə oynadıqca qudururlar. Bir dəfə güzəşt olundu və bu güzəşti Gürcüstan rəhbərliyi, Gürcüstan əhalisi gördü. Növbəti dəfə belə qanuna zidd hərəkətlərə yol verilsə kimliyindən asılı olmayaraq sərhəd pozucusu kimi həbs olunub Azərbaycan qanunvericiliyinə uyğun olaraq mühakimə olunmalıdır.