Menu

Bakı bulvarına yeni attraksionlar gətiriləcək - Danışıqlar başladı

25.07.2019, 13:01
Bakı bulvarına yeni attraksionlar gətiriləcək - Danışıqlar başladı

Bakı bulvarına yeni attraksionlar gətiriləcək.

Bu barədə Oxu.az-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat verib.

Qurum rəsmisi yeni attraksionların yaxın vaxtlarda bulvarda olacağını vurğulayıb:

“Yeni attarksionların gətirilməsi ilə bağlı birinci mərhələ başlanılıb. Yəni artıq danışıqlar gedir. Amma attraksionların bulvarda nə zaman olacağı ilə bağlı dəqiq tarix məlum deyil. Ümid edirəm ki, paytaxt sakinləri bu işlərin nəticəsi olaraq bulvarda yeni müasir və maraqlı attraksionlar görə biləcəklər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol