Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.


Şərhlər
Bele cimerliklerin yaradilmasi pullu cimerliklrin olmasi ve onlarin daha arxayin islemesi demek olacaq..butun deniz sahilleri ictimai olmalidir..birmenali wekilde insanlar istedikleri yerden denize gire bilmelidir..sonra itlere,atlara nezaret olunmalidir..pirwagi cimerliyinde bu barede cox iyrencilikdir
Bəyənmədymz SOVT dövründə AADAQDA ğözəl cmərlik va iydi indi yxdur.Onlaı pay-püş edblər.Cirkab sular-yəni KANALİZASİYA birbaşa dənizə axıdılır.Bakının yeğanə r-nudur ki, onun kanalizasiya sistemi yoxtur.SU qıtlıqı mövcuddur.
İctimai çimərliklər yaratmaqla əl çatmayan,yəni bir növ istifadəyə yaramayan sahillərdən kasıbların hesabına yararlanmaq istəyirlər."İctimai çimərliklər" adamların istifadəsinə qaytarıldıqdan sonra yaxşı pula satılacaq.Necə ki Nərimanov İHB-sı zibilxanalarda öz qutularını quraşdırmaqla kağız toplayaraq çörək pulu qazananların sonuncu imkanını əlindən alıb.K.Heydərova aid olan firmalardan biri vaxtı ilə günəbaxan toxumlarını imkansız qoca nənələrin əlindən alan kimi..