Bakı Nəqliyyat Agentliyi yanında "Bakubus" MMC iyulun 25-də İveco avtobusları üçün ehtiyat hissələrinin alınmasına dair müqavilə imzalayıb.
Müqavilə "Karataş Tarımçılık Sanayi Ve Ticaret" şirkətinin (Türkiyə) nümayəndəliyinə təqdim edilib. Müqavilənin dəyəri - 3 mln. 214 min manat yaxud 1 890 min dollardır. Bakubus-un istifadəsində 302 IVECO avtobusu var. /"Turan"


Şərhlər