Tovuz rayonunda küçə itlərini odlu silahla vurub öldürürlər.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, rayonun Qovlar kəndində parkda küçə itlərini güllələyirlər.
“Dərd orasındadır ki, parkda günün-günorta çağı, insanların gözü qarşısında itləri tüfənglə vururlar. Həm də, parkda sakit yatan, insanlarla heç bir işi olmayan heyvanları vəhşicəsinə güllələyirlər”, - deyə kənd sakinləri şikayətləniblər.
Sakinlər bildirir ki, itləri vuran Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır.
Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakimiyyətinin başçısının I müavini Rəşad Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə barədə məlumatları yoxdur.
“Küçə itlərinin güllələnməsilə bağlı rayon icra hakimiyyətindən heç bir tapşırıq verilməyib. Bu hadisə mütləq araşdırılacaq və nəticələr barədə sizə məlumat veriləcək”, - deyə Rəşad Zeynalov bildirib.
İtlərin güllələnməsi anının görüntülərini təqdim edirik.


Şərhlər
Cox xahis edirik Ehmedlidede itleri yigistirsinlar.Cox tehlukeli vezyet yaranib .Bu ne qanundu cixariblar.It ushagimizi diwleye biler,amma biz ite hec dasda ata bilmerik.
Dərdimiz qurtarıb,indi də it güllələyənləri axtarırıq.İnsana zərər verən,quduzluq və xəstəlik mənbəyi olan itlər öldürülməsə küçədə gəzə bilmərik.İtin ağız suyu nəcis hesab edilir.Onu evdə saxlayanlar da virus və mikrob mənbəyidirlər.
Bakidada it elinnen terpenmey olmur.Niye buna bir encam qilan yoxdu.Mutleq gerey xarici turisti parcalaya ,sonra Baksovet herekete kececey.Bele biabrciliq olmaz.
Yaxshi elediler gullelediler.Ehmedlinide it basib.Gece evden voobse cixmaq olmur.O kim ki deiree itlere el deymey olmaz,onun balasini it dislese goresen o neyleyer.Sovetin vaxtinda derhal tedbir gorurduler.Indi it yiyesin tanimir.Allah belasin versin.