Menu

Əfqanıstanda taliblər üç polisi qətlə yetirib

26.07.2019, 21:40
Əfqanıstanda taliblər üç polisi qətlə yetirib

"Taliban" terror təşkilatının Əfqanıstanın cənub-qərbində polis məntəqəsinə hücumu nəticəsində 3 təhlükəsizlik əməkdaşı həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli polisin bəyanatına istinadla "Tolo News" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə bu gecə Qəzni əyalətində baş verib. Polisin məlumatına görə, ölənlər arasında Xoqyani rayon polis rəisi vəzifələrinin icraçısı da var. Həmçinin hücum nəticəsində 5 polis əməkdaşı yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol