Menu

"Bu, bizə aprel müharibəsindən daha çox zərbə vurdu" - Qriqoryan

27.07.2019, 22:38
"Bu, bizə aprel müharibəsindən daha çox zərbə vurdu" - Qriqoryan

"Türkiyə ilə mövcud olmayan münasibətlər fonunda Gürcüstan və İranla əlaqələr təhlükəsizliyimizə vacib təsir göstərir".

Axar.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.

“Rusiya-Gürcüstan müharibəsi Ermənistana Aprel müharibəsindən daha neqativ iqtisadi təsir göstərib. Bununla əlaqədar olaraq biz öz sistemimizi elə etməliyik ki, bu təsirləri minimallaşdırmağı bacaraq”, – deyə o bildirib.

O, Ermənistanın İran və Gürcüstanla münasibətlərinin inkişaf etdiyini, eləcə də İrəvanın bu ölkələrdən heç biri ilə problemi olmadığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol