Menu

Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatları davam edir

28.07.2019, 11:14
Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatları davam edir

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­muşdur.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

Şərhlər

t.ədalət 2019-07-28 11:14:45

ertmənistanın törədiyi təxribatların arxasında Rusiya dayanır.Rusiya bu yolla Azərbaycan əhalisini bezikdirib Elmar Məmmədyarov deyənlərlə razılaşmağa məcbur etmək istəyir.Söhbət Dağlıq Qarabağ və bitişik ərazilərin "de-yure" ermənistana calanmasından gedir.Rusiya regiondakı xərcləri köhnə və yarasız hərbi texnikalarını Azərbaycana satmaqla ödəyir.Üstə gəl,ermənilərin maliyyələşməsi də həmin pullardan ayrılır.Azərbaycanda "erməni uşaqlarının" nazir və məmur təyin edilməsi də buna hesablanıb..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol