Menu

BAKIDA HƏKİMDƏN BİABIRÇI REKLAM - "Videonu xanım paylaşmışdı..." (VİDEO) 

28.07.2019, 20:08
BAKIDA HƏKİMDƏN BİABIRÇI REKLAM - "Videonu xanım paylaşmışdı..." (VİDEO) 

Bakıda fəaliyyət göstərən “Turan” klinikasının cərrah-fleboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video sosial şəbəkələrdə günün əsas müzakirə mövzularından biridir.

Buna səbəb pasient qismində çıxış edən xanımın müayinə masası üzərinə çıxaraq, qəribə hərəkətlər etməsidir.

Daha sonra xanım həkimi tərifləyən zaman donunu yuxarı qaldırır və açıq-saçıq mənzərə yaradır.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən cərrah İlham Məmmədov bunu sıradan bir müayinə adlandırıb:

“Video aşağı ətrafların dopler müayinəsi zamanı çəkilib. Sadəcə, sıradan bir müayinədir. Orada başqa heç nə yoxdur. Açığı, o videonu öz səhifəmdə paylaşmamışam. Videonu xanım paylaşmışdı, yersiz müzakirələrə səbəb olduğu üçün də sildi. Müayinə zamanı kim istəyir video çəkir. Həmin videonu da xanımın köməkçisi çəkmişdi. Xanımı tanımıram. Hər gəlib dopler müayinəsi keçənlərdən də anket doldurmuram”.

Sözügedən videonu təqdim edirik:

Şərhlər

Mehdi 2019-07-28 20:08:40

Abir heya elden gedir deyende ki,bu hekimin reklam etdiyi nedirki.Bizim tv ler 100 defe ondan biyabirci şeyler gösterirler.Az qalirlar lut soyunub her yerlerini göstersinler.Mövzu tapublar seki.

Nəbi 2019-07-28 20:08:40

Gözəldir, nə deyəsən.

dadaşyev 2019-07-28 20:08:40

Vallah,deyim ki,qəribə bir şey gördüm və ya halım pərişan oldu,əsla və əsla yox.Çünki qabaqlar demişəm,yenə də deyirəm ki,məmləkətdə elə əcaibliklər olur ki,hesab edirəm ki,şəxsən məni belə şeylərlə təəccübləndirmək mümkün deyil.Nolsun yəni?Nə var burada?Abrımız əldən gedir?Abrımız qalıb ki gedə?Şair demiş,"Çox məmləkətlər gəzib gəlmişəm bu diyara,Əvvəllər turp kimiydim,indi döndüm xiyara"

Köhnə azərbaycanlı 2019-07-28 20:08:40

Fikrimcə bu Turan klinikası və cərrah-fleboloqu İlham Məmmədov üçün reklam yox antireklamdır. Deyirsiniz ki " Müayinə zamanı kim istəyir video çəkir. Həmin videonu da xanımın köməkçisi çəkmişdi. Xanımı tanımıram. Hər gəlib dopler müayinəsi keçənlərdən də anket doldurmuram”. Necə yanı xanımı tanımıram? Siz bu qədər aciz durumdadsız ki iş otağınızda kim istəsə çəkliş edə bilər? Bir az səmimi olun. Məncə bu hansısa üzdəniraq şou-biznes əhlinin tutuzdura bilmədiyi klipə oxşayır. Yazıqlar olsun.

Bashirov Qarib 2019-07-28 20:08:40

Burada elə bir ciddi məsələ yoxdur. Adi reklam rolikidir. Burada əsas məsələ həkimin həyasızlıgıdır ki,qadını açıq saçıq reklam etdirir,özu də reklama qoşulur,sonra da deyir bunun mənə dəxli yoxdur.Reklam numayiş edilmək uçun çəkilir. Adamdan soruşarlar ki,bir halda numayiş edilməyəcəkdirsə, onda, yad qadınla çıxardığınız bu oyun sizin əxlaqınızın göstəricisi sayılmalıdır.Ayıb olsun sənin kimi həkimə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol