Menu

"Liverpul"un futbolçusu Seneqalda məktəb inşa etdirib

29.07.2019, 21:15
"Liverpul"un futbolçusu Seneqalda məktəb inşa etdirib

İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Mane Seneqalda doğulduğu kənddə məktəb tikintisinə 270 min avro ayırıb.

“Report” xəbər verir ki, təhsil ocağının inşası başa çatmaq üzrədir. 27 yaşlı hücumçu daha öncə xəstəxana inşa etdirib. O həmçinin davamlı olaraq aztəminatlı ailələrə maddi yardım edir.

Qeyd edək ki, Fransanın “Mets” klubunun yetirməsi olan Mane daha öncə Avstriyanın “Zaltsburq” və İngiltərənin “Sautqempton” komandalarının formasını geyinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol