İki ölkənin anti-balistik raket sınağı müvəfəqiyyətsizliyə uğrayıb
İsrail və ABŞ-ın ortaq şəkildə reallaşdırdığı anti-balistik raket sınağı müvəfəqiyyətsizliyə uğrayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə İsrail mətbuatı xəbər yayıb.
Bildirilir ki, İsrail və ABŞ-ın raketdən müdafiə təşkilatları Aralıq dənizindən atdığı "Arrow 2" raketinin sınağı müvəffəqiyyətsizliklə nəticələnib.
İsrail mətbuatı Müdafiə Nazirliyinin əvvəlki sınaqlarla müqayisədə bu dəfə hər hansı bir müvəffəqiyyət şərhi etmədiyinə diqqət çəkib və qurumu məlumat verməməkdə günahlandırıb.
Dünən İsrail Müdafiə Nazirliyi ABŞ-la birgə Aralıq dənizində raket sınağı həyata keçirəcəyini açıqlamışdı.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi radiolakasiya sistemləri vasitəsi ilə Aralıq dənizi üzərində balistik raket atıldığını qeydə alındığını açıqlamışdı. Bu xəbərə ABŞ və İsrail tərəfi münasibət bildirməyib.


Şərhlər