Menu

Rusiya SQ-nın Baş qərargahı ABŞ-ı terror hazırlığında ittiham edib!

30.07.2019, 08:10
Rusiya SQ-nın Baş qərargahı ABŞ-ı terror hazırlığında ittiham edib!

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş qərargahı baş operativ idarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyanın neft-qaz infrastrukturunu məhv etmək üçün xüsusi döyüşçülər hazırlayıb. Bu barədə «RİA Novosti» agentliyi xəbər verib.

Rudskoy qeyd edib ki, hazırlıq keçmiş döyüşçülərin bir hissəsi ABŞ HHQ-nin vertolyotları ilə Ərəfatın o tayına tullanır. Ən yaxşı hazırlanmışlar hökumət qüvvələrinin nəzarəti altında olan ərazilərə göndərilir.

«Onların vəzifəsi diversiyalar həyata keçirməkdən, neft-qaz infrastruktunu məhv etməkdən və hökumət birləşmələrinə qarşı terror aktı törətməkdən ibarətdir» - deyə, Rudskoy dəqiqləşdirib.

O, əlavə edib ki, həmin qruplar Əs-Suveyda, Palmira və Əbu-Kemal yaşayış məntəqələrində qeydə alınıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Suriyanın sahil sularında naməlum şəxslər 5 neft kəmərini zədələyib. İnsident Banyas şəhərinin yaxınlığında baş verib. Bundan başqa, KİV-in məlumatına görə, Suriyada münaqişə faktiki olaraq, Yaxın Şərqin enerji daşıyıcılarının Avropaya ötürülməsi nöqteyi-nəzərindən əhəmiyyətli mövqelər ətrafında qızışır.

Ən intensiv döyüşlər məhz mühüm neft-qaz boru kəmərlərinin keçdiyi və ya keçəcəyi ərazilərdə gedir: Mənbic və Əl-Bab şəhərlərində, Hələb əyalətindən. Məhz onların ərazisindən nefti İraqdan Suriyaya ötürən 2 neft kəməri keçir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol