Menu

Brilliant daş-qaşı 163 min manata satmaq istəyən dəstə üzvləri tutulub - Fotolar

30.07.2019, 10:58
Brilliant daş-qaşı 163 min manata satmaq istəyən dəstə üzvləri tutulub - Fotolar

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində brilliant daş-qaşı satan dələduz dəstə üzvlərinin ifşa olunması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı, rayon ərazisində küllü miqdarda dəyəri olan iki ədəd brilliant daş-qaşları satmaq istəyən beş nəfərdən ibarət dəstəüzvləri “iş başında” saxlanılıblar. Araşdırmalarla onların Quba rayon sakinləri, 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri, 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.

İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilliant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.

[gallery columns="2" size="full" ids="537894,537895"]

Şərhlər

Elli 2019-07-30 10:58:30

bəlkə brilyantlar saxta olub? yox saxta olmayıbsa nə üçün insanlar tutulub, xalq öz malını satır da.açıqlama verin biz də bilək.burada qeyri-qanuni nə varki?

arif 2019-07-30 10:58:30

daw-qaw satmaq ne vaxtdan cinayet sayilir

t.ədalət 2019-07-30 10:58:30

Necə yəni,adamlar öz əmlakını satmaq üçün polisdən icazə almalıdırlar?Azərbaycan müstəmləkədir?Hər kəs öz əmlakını istədiyi qiymətə,günün istənilən saatında sata bilər.Konstitusiyada öz əmlakını satmaq üçün dövlətdən icazə istəmək bəndi yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol