Menu

“Sabah” 3-cü yoxlama oyununda üç qol vurub

01.08.2019, 22:10
“Sabah” 3-cü yoxlama oyununda üç qol vurub

Türkiyədə təlim-məşq toplanışında olan Bakının "Sabah" klubu növbəti yoxlama oyununu keçirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Qətərin "Əl-Şahaniyə" klubu ilə üz-üzə gəlib.

Məhsuldar keçən matçda 5 qol vurulub. "Sabah" "Sapanca" stadionundakı görüşdə 3:2 hesabı ilə qalib gəlib. Təmsilçimizin heyətində Məqsəd İsayev iki, Cavid İmamverdiyev bir qol vurub.

Qeyd edək ki, bu, Elşad Əhmədovun yetirmələrinin qonşu ölkədə 3-cü matçı olub. Bakılılar bunadək "Konkordiya"ya (Rumıniya) 1:2 hesabı uduzub, "Kəmərspor"u (Türkiyə) eyni hesabla yenib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol