Cəlilabadda 28 yaşlı qadın stomatoloji kabinetdən reanimasiyaya düşüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Könül Bavədar qızı Şahbazova dişini çəkdirmək üçün stomatoloji məntəqələrdən birinə gedib. Stomatoloq xəstənin damağına 3 keyidici iynə vurub. Ancaq dişin çəkilməsi zamanı gənc xanım huşunu itirib. Dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan K.Şahbazovanın komaya düşdüyü məlum olub. Həkimlərin müdaxiləsindən bir neçə gün sonra xəstə komadan ayılıb, lakin hazırda onun vəziyyəti ağır olaraq qalır.
İlkin məlumata görə, stomatoloq Musa adlı şəxs olub və onun nə tibbi təhsili, nə də fəaliyyətinə icazə verən lisenziyası var.


Şərhlər
Ölkəni,vətənində 100 bal toplamayaraq gedib attestatla Ukrayna,Gürcüstan,Rusiya diplomları alan stomatoloqlar ordusu bürüyüb.Təhsil Nazirliyi Və Səhiyyə Nazirliyi də belə stomatoloqlar ordusuyla əlbirdir,təbii ki,rüşvət hesabına.