“AXCP və Müsavatdakı rəhbər heyət psixoloji baxımdan sıradan çıxıb. Nəsə edəcək halları qalmayıb. Hətta təsadüfən əllərinə hakimiyyət keçsə, bu adamlar onu idarə etməyi bacarmayacaqlar. Məncə, AXCP-ni və Müsavat Partiyasını buraxmaq lazmdı”.
“AzPolitika.info”-nun məlumatına görə, belə bir təkliflə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan çıxış edib. O, həmçinin iddia edib ki, Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi "Yeni Müsavat" qəzetidir.
A.Ayxanın “Facebook” statusunu təqdim edirik: “Azərbaycanlılar istər məişətdə olsun, istərsə siyasətdə - yürüməyən bir şeyi zorla davam etdirməyə çox meyllidilər. Birgəlik alınmayanda rahat boşanmaq mədəniyyəti yoxdu. Boşanmalar dava-dalaşla olur əksər hallarda. Boşandıqdan sonra da qırğın çıxır keçmiş ər-arvad arasında. Sonu ölümlə, qətllə bitir bəzən. Yaxud, valideynlə övlad yola getmirlər, yenə bir çatı altında yaşamağa davam edirlər. Bir-birilərinin həyatlarını qara edirlər, fəqət uzaq dayanmırlar bir-birilərindən. "Sən yoluna, mən yoluma" düsturuna əməl etmir kimsə. Hamı bir-birinin yoluna çıxıb, "qəza" vəziyyəti yaradır.
Siyasətdə də belədi. Yürüməyən, getməyən prosesi gedirmiş kimi göstərib, özünü və ətrafı aldatmaq, bezdirmək, dalaşmaq nəyə lazım?
Məsələn, Azərbaycanda iki klassik siyasi təşkilat var ki, artıq onlar missiyalarını başa vurublar. Son 15 ildir, fiasko ilə üzləşiblər. Necə deyərlər, gəmiləri torpağa oturub. Siyasi erroziyaya məruz qalıb, hətta karkasları belə dağılmaq üzrədi bu təşkilatların. AXCP və Müsavatdakı rəhbər heyət, orta təbəqə siyasi-psixoloji baxımdan sıradan çıxıb. Nəsə edəcək halları qalmayıb. Hətta təsadüfən əllərinə hakimiyyət keçsə, bu adamlar onu idarə etməyi bacarmayacaqlar. Məncə, AXCP-ni və Müsavat Partiyasını buraxmaq lazmdı. Alınmadı də. Uğursuzluq oldu. Niyə özünüzü zorla girovluqda saxlayırsız? Atın bu yükü, məsuliyyəti üzərinizdən, canınız qurtarsın. Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi "Yeni Müsavat" qəzetidi. Milli azadlıq hərəkatının 30 ildi uğurla davam edən bu proyekti AXC-dən və Müsavat Partiyasından daha böyük işlər görüb və görməkdədir. Yəni demək istyəyirəm ki, Müsavat adını, irsini daşıyan bir tribuna, hüquqi şəxs var "Yeni Müsavat"ın timsalında. Ona görə də rahat ola bilərsiniz”.


Şərhlər
Dostlar .... sözünün menasını bilen varsa yazsın, lütfen .
Sizin dediklərinizdə həqiqət var, ancaq bu partiyalardan əvvəl öz-dəsti xəttini 180% dəyişən “Yeni Müsavat” qəzeti bağlanılmalıdır. “Yeni Müsavat” qəzeti 10-12 il bundan əvvəlki xalqın sevimli qəzəti deyil, itidara xidmət edən bir qəzetdir, yəqin ki bunu sizdə reytinqə görə bilirsiniz. Rauf Arifoğlunun yaxası medallara öyrəşdikcə “Yeni Müsavat” qəzetinin ideyaloju xətti də onunla birlikdə dəyişdi. Fikrimcə “Yeni Müsavat” qəzeti yalnız Rauf Arifoğlunun mənəvi-siyasi və hətta hüquqi varisidir.
azər ayxan bizim tərəflərdə belə söz var deyillər ki utanmasan toyda oynamağa nə var ya? sən .... belə ə musavatci nə də demokrat olmaz...
“Azərbaycanlılar istər məişətdə olsun, istərsə siyasətdə – yürüməyən bir şeyi zorla davam etdirməyə çox meyllidilər. Birgəlik alınmayanda rahat boşanmaq mədəniyyəti yoxdu."
Azər müəllim soruşmaq ayıb olmasın, bəs siz hansı millətin nümayəndəsisiniz?
Müsavatın hüquqi varisliyinə bu qədər .... iddia etmək .... M.Ə.Rəsulzadə- Azərbaycançılıq ideyasını Azər Ayxanla çürütmək olmaz.Bu günkü “Yeni Müsavat” qəzeti heç Hafiz Hacıyevin (Hafiz müəllimdən bəri başdan üzr istəyirəm) də varisi olmağa layiq deyil.Bu .... Özü də, siyasətdə kimdən irəlidə olduğunu bilmirəm, İqbal Ağazadədən bir az geridədir.
Azər müəllim,Siz çox haqlısınız.Ancaq iki siyasi partiya yox,YAP onlardan da qabaq missiyasını bitirib.Azərbaycanı siyasi partiyalarsız monolit bir dövlətə çevirməyin vaxtı çatıb.Bu siyasi partiyaları bir-birindən fərqləndirən cəhət də yoxdur.Hər üçü hakimiyyət və vəzifə hərisliyi ilə fəaliyyət göstərir.Onlar üçün itirilmiş ərazilərimizin geri qaytarılması da maraqlı deyil.Biz bu siyasi partiyalarla yanaşı nüfuzsuz digər partiyalardan da qurtulmalıyıq.