Menu

İndoneziyada 7 ballıq zəlzələ olub - Sunami xəbərdarlığı edilib

02.08.2019, 16:56
İndoneziyada 7 ballıq zəlzələ olub - Sunami xəbərdarlığı edilib

İndoneziyada 7 bal gücündə zəlzələ olub.

APA-nın "Sputnik"-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Araşdırmalar mərkəzi məlumat yayıb.

İndoneziyanın Sumatra adasının cənub-qərbində qeydə alınan zəlzələnin dərinliyi 59 kilometrdir.

İndoneziya Geofizika Agentliyi sunami xəbərdarlığı edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol