Ukrayna prezidenti Vladimir Zelenskinin aylıq maaşı ölkə üzrə orta aylıq əməkhaqqından o qədər də çox deyil.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, ölkə prezidentinin işlər idarəsindən verilən məlumata görə, Zelenskinin aylıq maaşı bütün vergilər və digər ödənişlər çıxıldıqdan sonra cəmi 885 ABŞ dolları təşkil edir. Prezidentin maaşı vergilər tutulmadan 28.000 qriven, yəni 1100 ABŞ dolları təşkil edir, ondan çıxılan ödəmələr isə 215 dollara yaxındır.
Qeyd edək ki, ümumilikdə Ukrayna üzrə orta aylıq maaş 430 dollara yaxındır. Kiyev şəhərində isə bu göstərici 620 dollardan yüksəkdir. Göründüyü kimi, prezidentin aylıq maaşı orta aylıq əməkhaqqından o qədər də yüksək deyil.
Qeyd edək ki, bu, əksər dünya dövlətləri və xüsusilə də MDB ölkələri üçün spesifik hal deyil.
Xəbərdə qeyd olunur ki, prezident Pyotr Poroşenkonun da maaşı elə bu qədər olub. O da bildirilir ki, Zelenski əvvəl çalışdığı “Kvartal-95” studiyasından əməkhaqqı almayacaq. Oradakı payını isə həmin studiyadakı şəriklərinin ixtiyarına verib. “Kvartal-95”-in sahiblərindən biri olan Sergey Şefir deyib ki, əgər Zelenski istəsə, 5 ildən sonra şirkətdəki payını geri ala bilər.
Ukraynanın yeni prezidentinin 2018-ci il üzrə təqdim etdiyi gəlir bəyənnaməsinə görə, keçmiş komik həmin ildə 370 min ABŞ dolları məbləğində gəlir əldə edib. Rəsmi məlumatdan belə aydın olur ki, prezident həmin gəlirdən imtina edib.
Zelenskinin mülkiyyətilə bağlı isə bildirilir ki, onun Kiyevdə 353 kv.metr sahəsi olan evi, 131 kv.metr sahəsi olan mənzili və 1200 kv.metr torpaq sahəsi var.
“AzPolitika”


Şərhlər
əvəzini sionist ağaları 100min qat artıq ödəyəcəklər..ukrayna oldu tam ukrail...
Xalq tərəfindən seçilən prezidentlər, həmişə xalqın rifahını fikirləşirlər.Pulu xaricə daşımagı əskiklik hesab edirlər.