Menu

Fransa Super Kubokunun qalibi müəyyənləşib

03.08.2019, 19:05
Fransa Super Kubokunun qalibi müəyyənləşib

Çinin Şençjen şəhərində PSJ və "Renn" komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib. "Report"un məlumatına görə, "Lungan - Universiad Sports Center" stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 13-cü dəqiqədə "Renn"in yarımmüdafiəçisi Adrien Enu açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Anxel Di Mariya qoyub.

Beləliklə, PSJ 9-cu dəfə Fransa Super Kubokunu qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol