Menu

Sergey Lavrov Azərbaycan meyvələrini tərifləyib

11.09.2014, 11:19
Sergey Lavrov Azərbaycan meyvələrini tərifləyib

Rusiya xarici işlər naziri Sergey Lavrov söz verib ki, Rusiya bazarında satılan meyvə və tərəvəzin qiymətləri münasib olacaq.

ANS PRESSin məlumatına görə, nazir bildirib ki, Avropa və Amerikalıların məhsullarını əvəz edə biləcək ölkələr çoxdur. Lavrovun sözlərinə görə, Rusiya sadəcə olaraq Qərb ölkələrinin qəbul etdikləri sanksiyalara cavab verəcək. "Günahkar məktəbli kimi cəzalandırılanda əlbəttə ki, Rusiya bu vəziyyətə laqeyid qala bilməzdi. Biz indi sanksiyalara qarşı cavab addımlarını müzakirədən keçiririk”, - deyə Lavrov bildirib.

Sergey Lavrov Azərbaycandan gələn meyvə, tərəvəzin dadının Avropa ölkələrindən gətirənlərdən daha ləzzətli olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol