Menu

Müsabiqəyə çıxarılan 933 vəzifənin 395-i tutulub

11.09.2014, 11:43
Müsabiqəyə çıxarılan 933 vəzifənin 395-i tutulub

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 90 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 933 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb.

Sentyabrın 11-də yayılan rəsmi məlumatda deyilir ki, ən son mərhələdə – müsahibə mərhələsində iştirak edənlərin 395-i uğur qazanıb.

Daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

Dövlət Statistika Komitəsi – 65% (müsahibə üzrə qeydə alınmış 46 namizəddən 30-u);

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 48% (69 namizəddən 33-ü);

Gənclər və İdman Nazirliyi – 46% (41 namizəddən 19-u);

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – 44% (70 namizəddən 31-i);

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 44% (25 namizəddən 11-i);

İqtisadiyyat və Sənaye Nazirliyi – 41% (75 namizəddən 31-i);

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi – 39% (28 namizəddən 11-i).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol