Menu

Zakir Həsənov türk nazirlə görüşdü - Foto

11.09.2014, 13:07
Zakir Həsənov türk nazirlə görüşdü - Foto

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib

Bu gün “Bakı Ekspo Mərkəzi”ndə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.

Qeyd edək ki, türkiyəli nazir Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol