Menu

Sabunçuda 26 yaşlı oğlan bıçaqlanıb

07.08.2019, 01:28
Sabunçuda 26 yaşlı oğlan bıçaqlanıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, 1993-cü il təvəllüdlü Sabunçu rayon Maştağa qəsəbəsi Mehti Hüseynzadə küçəsi sakini, Hüseynov Ülfət Vidadi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sağ döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Ü. Hüseynovun hansı səbədən bıçaqlanması barədə dəqiq məlumat yoxdur. Hadisə ilə bağli polisə məlumat verilib, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol