Menu

Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapılıb

08.08.2019, 10:05
Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapılıb

Avqust 2-i Xəzər dənizinin Nabran ərazisində yerləşən çimərlikdə boğulan 11 yaşlı oğlanın meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti Xəzərin Rusiya Federasiyasının Dərbənd şəhəri sahilində aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol