Menu

Bakı- Sumqayıt yolunda iki avtobus toqquşub - Yaralananlar var

08.08.2019, 11:00
Bakı- Sumqayıt yolunda iki avtobus toqquşub - Yaralananlar var

Bakı-Sumqayıt magistralında turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.

Qəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol