Menu

"Rəqib "vaxt öldürmək"lə məşğul idi..." - "Neftçi"nin baş məşqçisi

09.08.2019, 00:55
"Rəqib "vaxt öldürmək"lə məşğul idi..." - "Neftçi"nin baş məşqçisi

İlk dəqiqələrdən rəqibin 8-9 oyunçu ilə müdafiə olunacağını gözləyirdik. Hətta bəzən iki hücumçuları da onlara qoşulurdu.

Bunu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Bney Yehuda” (İsrail) (2:2) matçından sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, ilk hissədə arxadan hücum qurmaqda çətinlik çəkiblər: “Bu baxımdan rəqibə əks-hücumlar təşkil etməyə şərait yaratdıq. Hətta hesab 0:2 olmamışdan əvvəl də rəqib qapısında təhlükəli vəziyyətlərimiz var idi. Hesabda geri düşməyimizə baxmayaraq, komanda toparlandı və sona qədər vuruşdu. Müdafiədə bəzi boşluqlarımız var. Bunu həftəboyu düzəltməyə çalışacağıq. Oyunçularımız xarakter göstərdilər. Cavab oyununda da bunu təkrarlamağa çalışacağıq".

Bəzi iradlarla bağlı baş məşqçi təklif edib ki, oyunu düzgün qiymətləndirsinlər: “Həm "Arsenal"a, həm də bugünkü komandaya qarşı oyun tam fərqli oldu. "Arsenal" futbol oynayırdı, bugünkü rəqib isə fərqli idi...

Rəqibə qarşı hazırlıq bir gün içində qurulmayıb. Həftə boyu komandanı buna uyğun hazırlamışdıq. Bütün oyunçuların diqqəti bu görüşə idi, yaxşı da hazırlaşmışdılar. Sadəcə, müdafiədən hücum qurarkən səhv etdik və rəqib də bundan yararlandı...

Bunun üzərində işləyəcəyik. Komandamıza inamımız böyükdür və inanırıq ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq.

“Bu gün çox aqressiv idiniz. Etirazınız rəqibə idi, yoxsa hakimə?”.

Mütəxəssis bu suala cavabında bildirib ki, özünü aqressiv insan hesab etmir: “Sadəcə rəqibin oyunçuları ikinci hissədə futbol oynamadılar, vaxt "öldürməklə" məşğul idilər. Hamı qələbəyə hazır idi, bunu istəyirdi. Burda rəqibi də qiymətləndirməmək istəmirəm. Ağıllı oynadılar, düzgün müdafiə olundular və istədikləri nəticəni əldə etdilər”.

Şərhlər

omer 2019-08-09 00:55:49

Hec heceye haqq qazandirmaq olmaz.cox meyus olduq..nefci onsuzda bu komandani kececek.amma bu gunku oyunu yaddan cixarmaq olmaz..niye bele oldu bilmirem.belke ardicil 4qelebe pis tesir etdi?mene ele gelir ki komanda yarim gucle qelebe isteyirdi..sonradan oyuna donmek cox cetindi..heyf

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol