Menu

Xırdalanda qadına qarşı soyğunçuluq törədilib

09.08.2019, 09:17
Xırdalanda qadına qarşı soyğunçuluq törədilib

Abşeron rayonunda qadına qarşı soyğunçuluq törədilib.

APA xəbər verir ki, hadisə Xırdalanda baş verib.

Belə ki, naməlum şəxs 1969-cu il təvəllüdlü Zərinə Qaracayevaya qarşı zor tətbiq edərək qızıl-zinət əşyalarını alıb.

Faktla bağlı rayon polisi tərəfindən əməliyyat-axtarış işləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol