Türkiyə ilə danışıqlarda irəliləyiş əldə edilməsi xoşdur.Virtualaz.org bildirir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Suriyadakı təhlükəsizlik bölgəsi ilə bağlı Türkiyə ilə razılaşmalarına münasibət bildirərkən deyib.
"Təhlükəsizlik bölgəsinin qurulması sülh və təhlükəsizlik üçün böyük bir addım olacaq", - Pompeo qeyd edib.
Xatırladaq ki, ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Suriyanın şimalında bufer zonasının yaradılması perspektivlərini müzakirə etmək üçün bazar ertəsi Ankaraya gəlib. Danışıqların ardından tərəflər Türkiyədə Birgə Əməliyyat Mərkəzinin açılmasına razılıq verdilər və şərtləşdilər ki, " Türkiyəni narahat edən təhlükəsizlik problemlərinin həlli üçün təcili olaraq prioritet tədbirlər görülsün”.
Fəratdan şərqə Suriya ərazisinə hazırda kürd dəstələri tərəfindən nəzarət edilir. Bu dəstələr Türkiyədə terrorçu kimi tanınıb. Ankara bildirir ki, bu vəziyyət Türkiyənin təhlükəsizliyini təhdid edir.


Şərhlər
Adın nədir? Daşdəmir. Deyir yumşalarsan. "Yol ver Türkün bayrağına". Fikrimcə bu səbəbdən türk adı bizə yaraşmır.
Nə yaxşı ki Türkiyə var!Yoxsa türkün genetik düşmən olan və yarıtmaz əməlləri ilə heç özlərinə də gərək ola bilməyən kürdlər bölgəni oda-alova bələyərlər.Min illərdir heç nəyə nail ola bilməyən kürdlər bundan sonra da ermənilərin əlində oyuncaq olacaq olaraq qalacaqlar..