Menu

Naxçıvanda hərbçimiz həlak olub - Müdafiə Nazirliyindən açıqlama

10.08.2019, 12:10
Naxçıvanda hərbçimiz həlak olub - Müdafiə Nazirliyindən açıqlama

Milli Məclisin deputatı Adil Əliyev Naxçıvanda bir Azərbaycan əsgərinin öldüyü barədə məlumat verib. O, bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Deputatın yazdığına görə, Naxçıvanda, N saylı hərbi hissədə atəşkəsin pozulması nəticəsində Ordubad rayonu, Unus kənd sakini, müddətdən artıq həqiqi hərbi qulluqçu Yusifov Vüsal Nizami oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi hərbçi Vüsal Yusifovun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Lakin Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a bildirib ki, Vüsal Yusifov Ermənistan ordusu ilə atışmada ölməyib.

Şərhlər

edalet 2019-08-10 12:10:02

Bu qudurmuw ermenilerin cavabi ne vaxt verilecey?Bunlara DUR ne vaxt deyeceyik?Torpagimizda yalli oynayib sade vetendawlarin balalarinida ov ediller.Nail balada bu yannan qira qira gelir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol