Menu

ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb

11.08.2019, 16:30
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 15:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s olub, Neft daşlarının hidrometeoroloji stansiyasının məlumatına görə dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb.

Axşama küləyin tədricən səngiməsi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol