İnsan alverində təqsirləndirilən 36 yaşlı qadın beynəlxalq axtarışa verilib

88eab1c8-8dfc-41e9-82ea-f1f99d33c6c4Azərbaycanda insan alveri cinayət əməllərinə görə təqsirləndirilən qadın "İnterpol" xətti ilə axtarışa verilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Belə ki, Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.

N.Kazımova İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar