Menu

NATO qırıcısı Rusiyanın müdafiə nazirini aparan təyyarəyə yaxınlaşıb - VİDEO

13.08.2019, 18:23
NATO qırıcısı Rusiyanın müdafiə nazirini aparan təyyarəyə yaxınlaşıb - VİDEO

NATO-nun "F-18" qırıcısı Baltik dənizinin neytral suları üzərində uçan göyərtəsində Rusiya müdafiə naziri Sergey Şoyqu və nümayəndə heyəti olan təyyarəyə yaxınlaşmağa çalışıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, NATO qırıcısı rusiyalı müdafiə nazirinin təyyarəsini müşaiyət edən Rusiyaya məxsus "Su-26" təyyarələri tərəfində uzaqlaşdırılıb.

Rusiya müdafiə nazirini aparan təyyarənin Kalininqraddan Moskvaya uçduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol