"Qarabağ" Çempionlar Liqası ilə vidalaşıb

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə üz-üzə gəliblər. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

Mövsümdə ilk dəfə bu arenada meydana çıxan “Qarabağ” bu yay keçirdiyi 5 avrokubok matçında uduzmasa da, bu dəfə məğlubiyyətə üzülüb. Ağdam klubu zəif başladığı oyunun 34-cü dəqiqəsində qapısında qol görüb. Rəqibin kapitanı Tomas De Vinsenti penaltini dəqiq yerinə yetirib. İlk hissə qonaqların 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci 45 dəqiqə "Qarabağ"ın hücumları ilə başlayıb. Lakin son nöqtəni qoyan olmayıb. Azarkeşlərin dəstəyi də Qurban Qurbanovun komandasına kömək etməyib. Kiprlilər 68-ci dəqiqədə daha bir dəfə fərqlənərək, 2 top fərqi ilə önə keçiblər.

Riçard Almeydanın da ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı matç "Qarabağ"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ümumi hesabda 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu Çempionlar Liqası ilə vidalaşıb.

Buna baxmayaraq, təmsilçimiz avrokubokda mübarizəni davam etdirəcək. "Qarabağ" Avropa Liqasının pley-offunda qüvvəsini sınayacaq. Burada rəqibimiz isə “Sutyeska” – “Linfild” cütünün qalibi olacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

Çempionlar yolu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 0:2

QOLLAR: De Vinsenti, 34, Uroş Matiç, 68

Baş hakim: Daniel Siebert (Almaniya)

635x100

Şərhlər

Azarkeş 2019-08-13 22:25:40

Komanda normal məşqçi və futbolçularla təmin olunmayanda belə olur. Yerli futbolçular yetişdirilməlidir.Məşqçi isə professional və bacarıqlı olmalı,stabil oynayan komanda yaratmalıdır.Bu iş Qurbanlıq deyil!

omer 2019-08-13 22:25:40

Heyf..bele bir oyunda meglub olmaq cetin idi,bacardiq..bu ilde bowa getdi..avropa liqasinin qrupu qarabag ucun hec tesellide ola bilmez,,ugurlar

Son yazılar