“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır. Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb... Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq”.
Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.
S.Novruzov xatırladıb ki, bir neçə gün öncə gənc əsgərlərin andiçmə mərasimində iştirak edib: “Yeməkxanalara baxış keçirdik. Xüsusi ilə qeyd etmək istərdim ki, hərbi hissələrdə bəzi işlərin mülki şəxslərə tapşırılması çox önəmlidir. Çünki o işləri əsgərlər görməməlidir. Məsələn, yeməklərin bişirilməsi və s. işlər bura daxildir”.
YAP rəsmisi bildirib ki, Azərbaycan ordusu yüksək səviyyədə qurulub: "Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hər bir məsələ öz həlini tapır. Bu, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də əsgərlərin döyüş ruhunun artırılması işində görünür. Hərbi hissələr ərzaq təminatı ilə ən yüksək səviyyədə təmin olunur".
S.Novruzov vuröulayıb ki, Müdafiə Nazirliyində dəyişiklikdən sonra nazirliyin rəhbər heyəti hərbi hissələrə mütəmadi baxış keçirir, ön xəttə gedirlər: "Bu, əsgərləri də, valideynləri də ruhlandırır. Ordu haqqında yazılan neqativ yazılar yalandan, böhtandan ibarətdir. Azərbaycan ordusunda inkişaf göz qabağındadır. Yəni Azərbaycan ordusu NATO standartlarına tam uyğundur. Bu proses davam etdirilir”.


Şərhlər
AYE,NAXCIVANDA HAMI BILIR KI,SEN FERRARISEN...HA HA HA.IWUVUZ ANCAQ IDMANDU,QACMAQ ,KQBEWNIK PUTIN CANI.ORDEN ALMAQA NOVBEYE DURUN,SUNEVUZUN VERIN QABAQA,HA HA HA
Səyəvuş müəllim,ermənilərlə mübarizəyə kiminlə hazırlaşmalıyıq?Özləri və övladları fərari olan YAP-çı məmurlarnan,yoxsa anası,arvadı,nənəsi və dədəliyi erməni olan nazirlərlə?Müşkül məsələdən yapışmısınız..
26 ildən sonra başa düşüblər ki,müharibəyə hazırlaşmaq lazımdır?!!! Növbəti 26 il də müharibəyə hazırlaşarlar.Daha sonra bir 26 il də fikirləşərlər ki, müharibə edək ya yox.... Boyunuzu yerə soxum sizlərin ki, siz nə müharibəyə hazırlaşan, nə müharibə edən deyilsiniz.Bir də boyunuzu yerə soxum ki, hakimiyyətin sözünü Siyaquş deyir və nə dediyini də anlamır.YAP-ın nə vəziyyətdə oldugunu bilmək istəsəniz S.Novruzovun son şəkillərinə baxın. 0,5 ayagı burda, 1,5 ayagı .....
Ay Siyaquş müəllim,hər şey boş sözlə yox,görülən işlərlə və nəticələri ilə qiymətləndirilir.28 ildir işqalda olan,sizin təmkiniklə azad ediləcəyni gözləmək istədiyinizi,amma bu illərdə əraziləriimizin ermənilər tərəfndən özününküləşdirildiyini görə-görə nağıl danışdığınzın fərqindəsinizmi?Nağıl danışmaq yetər,əməli iş göstərin.
Nə tez anladı, əəə - malades!