ABŞ Gürcüstan şirkətinə də sanksiya tətbiq edib

ABŞ Gürcüstanın “Georgia Petrochemical and Aviatech” şirkətinə qarşı iqtisadi sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika Ticarət Nazirliyinin saytı məlumat yayıb.

Şirkətə məhdudiyyətlər İranla əlaqələrinə görə qoyulub. Belə ki, adıçəkilən şirkət qanunsuz yolla alüminium borular almaqda və onları Malayziya vasitəsilə İrana ixrac etməkdə günahlandırılıb.

Şirkətə ABŞ-dan məhsullar almaq qadağan edilib.

Virualaz.org xatırladır ki, bundan əvvəl ABŞ Ticarət Nazirliyi Ermənistandan iki şirkəti - Yerevan Telekommunikasiya Tədqiqat İnstitutunu (YerTTİ) və “Markel” Qapalı Səhmdar Cəmiyyətini (QSC) də “qara siyahı”ya salıb.

Səbəb YerTTİ-nin məhsulları ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Təşkilatından lazımi lisenziyalar olmadan alması və təkrar ixrac etməsi olub.

Bundan başqa, vurğulanıb ki, YerTTİ-nin icraçı direktoru və "Markel" QSC-nin prezidenti olan şəxs ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə bizneslə məşğul olur.

Amerika hakimiyyət orqanlarının fikrincə, bu şirkətlər milli təhlükəsizliyə və ABŞ xarici siyasətinin maraqlarına zidd hərəkət ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar