Menu

““Doric Warrior”un “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur” - SOCAR

15.08.2019, 13:21
““Doric Warrior”un “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur” - SOCAR

“Palmali” şirkətlər qrupuna məxsus “Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan “Doric Warrior” adlı gəminin “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur.

Bunu “Report”un sorğusuna cavab olaraq SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, sözügedən hadisəni SOCAR-la əlaqələndirmək iddiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır: “Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol