Menu

Bakıda Şirvan sakininin çantasından silah-sursat çıxdı

15.08.2019, 19:36
Bakıda Şirvan sakininin çantasından silah-sursat çıxdı

Xətai rayonu ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı silah-sursat aşkar edilərək götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonunun ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı 1 ədəd “AKM” markalı silah, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol