Menu

Qırğızıstan adını dəyişir

12.09.2014, 12:43
Qırğızıstan adını dəyişir

Qırğızıstan parlamentində ölkənin adının və konstitusiyasının dəyişdirilməsi barədə təklif irəli sürülüb.

Azvision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə təklifi “Ar Namıs” partiyasının lideri Feliks Kulov irəli sürüb.

“Biz 2015-ci ildə parlament seçkiləri ilə bərabər ölkənin adının dəyişməsi haqqında referendum keçirilməsini təklif edirik” – deyə, Kulov bildirib.

Onun sözlərinə görə, ölkənin adının dəyişdirilməsi haqqında təklifi ictimai xadimlər də təsdiqləyib.

İrəli sürülən təklifə əsasən Qırğızıstan Respublikasının adının Qırğız El Respublikası ilə əvəzlənməsi təklif olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol