Menu

ABŞ Türkiyə sərhədində yeni aviabaza yaradır

16.08.2019, 00:24
ABŞ Türkiyə sərhədində yeni aviabaza yaradır

ABŞ Suriyanın şimalında, Rəsul Ayn şəhərində aviabaza yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. Bazanın yerləşəcəyi ərazi (Tel Erkam) Türkiyə ilə, daha dəqiq desək Şanlıurfanın Ceylanpınar ilçəsi ilə həmsərhəddir. Bildirilir ki, 5 km-lik sahədə inşa ediləcək hərbi obyekt gələn aydan istifadəyə hazır olacaq.

Qeyd edək ki, ABŞ-ın Suriyanın şimalında 26 hərbi bazası yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol