Menu

Zakir Həsənov Rusiyaya gedir

16.08.2019, 13:13
Zakir Həsənov Rusiyaya gedir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.

Şərhlər

Araz çayı 2019-08-16 13:13:01

Qardaş hara gedirsən get ancaq əvvəl Qarabağı al ver xaqlqa sora get.

GEDİR ONA GÖRƏ Kİ: 2019-08-16 13:13:01

Rəşad Atakişiyevin MƏSƏLƏSİNİ HƏLL ETSİN MN BİYABIR OLMASIN ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol