Menu

Tanınmış alim Pənah Xəlilov vəfat edib

16.08.2019, 21:10
Tanınmış alim Pənah Xəlilov vəfat edib

BDU-nun professoru, tanınmış alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Pənah Xəlilov 94 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.

Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb.

"Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilib. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub

Şərhlər

t.ədalət 2019-08-16 21:10:22

Yazdıqları qaldı sovet rejimində.Ədəbiyyatımızın bağımsızlıq uğrunda mücadiləsindən yox,imperiyaya sadiqliyindən yazdı.Həmin yazılar bu günümüz üçün olduqca gərəksiz və mənasızdır.Təhlil etdiyi obrazların heç birində milli təəssübkeşlik hissi yoxdur.Belə alimlərin olmasının millətə heç bir xeyri olmamışdır.Onların yazdıqları gənclərimizin düşüncəsini sovet rejiminin xeyrinə bulandırmışdır.

Sarıtel 2019-08-16 21:10:22

Allah rəhmət eləsin! Gözəl müəllim idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol