Menu

Ukraynada hoteldə baş verən yanğında 8 nəfər ölüb

17.08.2019, 12:22
Ukraynada hoteldə baş verən yanğında 8 nəfər ölüb

Ukraynanın Odessa şəhərində hotellərin birində yanğın baş verib.

APA “Ukrinform”a istinadla xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Məlumata görə, yanğın gecə 01:34-də “Tokyo Star” hotelinin ikinci mərtəbəsində meydana gəlib. Yanğının söndürülməsinə 13 xüsusi avtomobil və 60 xilasedici cəlb olunub. Nəticədə yanğın 3:35-də söndürülüb.

Bu gün Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yanğının təfərrüatlarına dair brifinq keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol