Menu

UEFA-nın 70 nəfərlik heyəti Bakıya işgüzar səfərə gəlib

19.08.2019, 14:35
UEFA-nın 70 nəfərlik heyəti Bakıya işgüzar səfərə gəlib

UEFA nümayəndələrinin bu gün Bakıya işgüzar səfəri başlayıb.

APA-nın məlumatına görə, səfərdə məqsəd 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanış olmaqdır.

70 nəfərlik heyətlə paytaxtımıza gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyəti olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, Avro-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək, Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, Fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.

Şərhlər

Əli 2019-08-19 14:35:08

Gəlirlər bizim LOXların hesabına yeyib içməyə.Görürlər ki onsuzda bütün dünyanın təşkilatları gəlir yeyib içib dağılışırlar bunlar da onlardan dala qalmaq istəmirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol