"Bavariya"nın sabiq futbolçusu Frank Riberi karyerasını İtaliyada davam etdirə bilər.
Qol.az-ın xarici KİV-lərə istinadla yaydığı xəbərə görə, 36 yaşlı yarımmüdafiəçi "Fiorentina"a keçməyə yaxındır. Onun yaxın günlərdə A seriyası təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
F.Riberi də özünü "İnstaqram" hesabından yeni kluba keçəcəyini anons edib.
Qeyd edək ki, Riberi bu yay Münhen klubundan ayrılıb.


Şərhlər