Menu

Polis Balakəndə əməliyyat keçirib

21.08.2019, 15:38
Polis Balakəndə əməliyyat keçirib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gərəkli kəndində əməliyyat keçirib.

“Report” xəbər verir ki, daxil olmuş məlumat əsasında 1985-ci il təvəllüdlü Qambiyev Ramil Ramazan oğlunun yaşadığı evə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində zamanı oradan 3 kibrit qutusunda ümumi çəkisi 300 qramdan çox qurudulmuş marıxuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs tutduğu cinayəti etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol